Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

08.09.2023 - 22:54

cedabet dərman SEO Xidməti

Novruz Mahmudov şübhəli şəxs qismində saxlanılıb

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətinin regional qrupundan AYNA-ya bildirilib ki, bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Novruz Mahmudov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş