Goranboyda piyadanı maşın vurub

Hadisə

17.01.2024 - 05:14

Hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.

O xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az