Hadisə Nərimanlı kəndi ərazsində qeydə alınıb
Goranboyda bıçaqlanma hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Nərimanlı kəndi ərazsində qeydə alınıb.
Lerik rayon sakini 1990-cı il təvəllüdlü İbrahimov Samir Akif oğlu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Fərəcova Gözəl Rasim qızını bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Onun sonra avtomobillə qadının üstündən keçdiyi bildirilir.
G.Fərəcova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.