Goranboyda 11 yaşlı uşağın öldürülməsi barədə məlumat - <font color=red> RƏSMİ</font>

Hadisə

23.08.2021 - 15:49

Həkimlər Klinikalar SEO Xidməti

Uşaq anasının tanışı tərəfindən döyülüb, iki gün sonra ölüb

 

Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb.

 

Goranboy Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, azyaşlı - 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılıb.

 

İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.

 

Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

İkram Hüseynov şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam etdirilir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş