Komitə fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı tövsiyə edir
Dövlət Gömrük Komitəsi (DGK) rəqəmsallaşdırma istiqamətində aparılan tədbirlərlə yanaşı, həmçinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə yüksək diqqət ayırır. AYNA xəbər verir ki, bu barədə DGK-dən bildirilib.
Qeyd olunub ki, son zamanlar baş verən kiberhücumlarla əlaqədar DGK vətəndaşlara kiber dələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edir.