Gəncədə tədris mərkəzində yanğın olub

Hadisə

24.01.2023 - 16:13

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Gəncədə yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Gəncə şəhərində ümumi sahəsi 1140 m² (hər mərtəbəsi 380 m²) olan üçmərtəbəli tədris mərkəzinin 2-ci mərtəbəsində bir otağın tavanı 3 m² sahədə yanıb.

Tədris mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az