2010-cu il təvəllüdlü yeniyetmə ailəsinə təhvil verilib
Gəncədə itkin düşən yeniyetmə tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Y.Yaqubov tapılaraq ailəsinə təhvil verilib.
Xatırladaq ki, 2010-cu il təvəllüdlü Y.Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər. Müraciətlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılıb.