Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb

Xəbərlər

18.03.2024 - 19:52

Hər iki şəxs xəstəxanaya aparılıb

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

AYNA-nın "Report"a istinadən məlumatına görə, 1995-ci il təvəllüdlü E.Əsgərov və 1985-ci il təvəllüdlü S.Məsimov mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Hər iki şəxs xəstəxanaya aparılıb.

Onların kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az