Gələn ilin dövlət büdcəsi qəbul edilib

İqtisadiyyat

16.12.2024 - 12:53

Həkimlər Klinikalar SEO Xidməti

Büdcənin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq

Milli Məclis “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

AYNA xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367,6 milyon manat nəzərdə tutulmuşdu. Parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən isə, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.

Beləliklə, dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri 40 milyon manat artırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş