Gədəbəyə dolu düşüb, bir sıra fəsadlara səbəb olub

Xəbərlər

02.07.2024 - 00:33

Həkimlər Klinikalar SEO Xidməti

Rayon ərazisində küləklə müşahidə olunan leysan yağır

Gədəbəyə dolu düşüb, bir sıra fəsadlara səbəb olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, Şınıx və yaxın kəndlərə düşən dolu meyvə ağaclarına, əkin sahələrinə, təsərrüfata zərər vurub.

Hazırda rayon ərazisində küləklə müşahidə olunan leysan yağır.

Avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

Müəllif: Ayna.az