Gədəbəydə 3 nəfər dəm qazından zəhərlənib, ölən var 

Hadisə

20.05.2022 - 22:51

Zəhərlənənlərdın bir nəfər vəfat edib

Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub. AYNA "Report"a istinadən xəbər veirir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov vəfat edib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az