Transsərhəd ödənişlərin sürətləndirilməsi maliyyə cinayətlərini təşviq edə və anti-Rusiya sanksiyalarına əməl etməyi çətinləşdirə bilər
“Böyük iyirmilik” (G20) beynəlxalq ödənişləri sürətləndirməyi planlayır ki, bu, Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına səbəb ola bilər. AYNA xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.
Qəzet iddia edir ki, transsərhəd ödənişlərin sürətləndirilməsi maliyyə cinayətlərini təşviq edə və anti-Rusiya və digər sanksiyalara əməl etməyi çətinləşdirə bilər. Bundan əlavə, G20 planı real vaxt rejimində əməliyyatların bloklanmasını nəzərdə tutmur ki, bu da ABŞ-ın bir çox sanksiya proqramları üçün məcburi tələbləri pozur.
Bundan əvvəl Almaniya İqtisadiyyat Nazirliyi bildirmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketlərini, o cümlədən onlardan yayınmaların qarşısının alınmasının öyrənilməsini hazırlamağa başlayıb.
12-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı və G7 ölkələri 2024-cü ildən etibarən Rusiyadan almaz idxalını qadağan etmək qərarına gəliblər.