Makron və Le Pen ikinci turda mübarizə aparacaq
Fransada keçirilən prezident seçkilərində “exit-poll”un nəticələri məlum olub. AYNA xarici mediaya istinadən bildirir ki, seçicilərin 28,1 faizi hazırkı Prezident Emmanuel Makrona səs verib.
Onun əsas rəqibi Marin Le Pen 23,3 faiz səs toplayıb.
Beləliklə, hər 2 namizəd ikinci turda mübarizə aparmalı olacaqlar.
Digər namizəd, Jan-Lük Melanşona seçicilərin 20,1faizi etimad göstərib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.