Fransada koronavirusdan ölənlərin sayı artıb

Dünya

16.06.2020 - 02:52

Fransada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Fransada koronavirus qurbanlarının sayı daha 29 nəfər artıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi bildirib.

 

Nazirliyin məlumatına görə, ölkədə COVID-19 qurbanlarının sayı 29 436 nəfər təşkil edir.

 

“Epidemiyanın başlanğıcından Fransada 29 436 nəfər vəfat edib. Onlardan 19 052 nəfəri xəstəxanalarda dünyalarını dəyişib”, - deyə rəsmi məlumatda bildirilir. 

 

Hazırda xəstəxanalarda 10 752 nəfər müalicə edilir. Onlardan 846-sı reanimasiya şöbələrindədir. Son gündə xəstəxanalara daha 114 xəstə daxil olub.

 

Pandemiyanın başlanğıcından xəstəxanalara 103,3 min nəfər yerləşdirilib. Virusa yoluxmuş 73 min insan evə buraxılıb.

Müəllif: Ayna.az