Fransada 70 min ukraynalı qaçqın var

Dünya

05.05.2022 - 19:20

Həkimlər Klinikalar SEO Xidməti

Bu günədək ukraynalı ailələrə 34 min 700 ADA-müavinət kartı verilib

Ukraynada münaqişə başlayandan indiyədək Fransa 70 min ukraynalı qaçqını qəbul edib. AYNa xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa İmmiqrasiya və İnteqrasiya İdarəsinin (Ofii) dərc etdiyi məlumatda qeyd edilib.

Bildirilib ki, bu günədək ukraynalı ailələrə 34 min 700 ADA-müavinət kartı (sığınacaq axtaranlar üçün müavinət) verilib. Fransaya ukraynalı qaçqınlar əvvəlcə müvafiq təcili yardım üçün bu ölkədəki qəbul məntəqələrinə qəbul edilir və onlara ilkin yaşayış yeri verilir.

Avropa İttifaqı ukraynalılara 3 il müddətinə müvəqqəti mühafizə statusu verib ki, bu da onlara işləmək, mənzil, səhiyyə və təhsil imkanı verir.

Həmçinin Avropa İttifaqı ukraynalı qaçqınları qəbul etmək üçün 27 ölkəyə 3,5 milyard avro ayırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş