Fransa prezidentliyinə namizədə hücum edildi

Dünya

06.12.2021 - 04:52

Həkimlər Klinikalar SEO Xidməti

Zemmuru yerə yıxmaq istəyən şəxsi mühafizəçilər saxlayıb

Fransa prezidentliyinə namizəd Erik Zemmur Paris yaxınlığındakı Vilpent şəhərində seçkiqabağı kampaniyasının ilk mitinqində hücuma məruz qalıb. AYNA xarici mediaya istinadən bildirir ki, Zemmur mühafizəçilər və jurnalistlərin müşayiəti ilə mitinq zalına keçərkən naməlum kişi kütlənin arasından qaçaraq qəfil ona hücum edib.

Zemmuru yerə yıxmaq istəyən şəxsi mühafizəçilər saxlayıb və zaldan çıxarıblar. O, zorakılığa qəsdən cəhd etdiyinə görə həbs olunub.

Polisin bildirdiyinə görə, hücum edənin şəxsiyyəti artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumdur. Onun müxtəlif cinayətlərdə əli olub. Zemmura hücumun səbəbləri isə hələlik məlum deyil.

Qeyd edək ki, Zemmur namizədliyini oktyabrın 30-da irəli sürüb. O, radikal sağçı kimi tanınır.

Xatırladaq ki, 2022-ci ilin aprelində Fransada seçkilər keçiriləcək. Dövlət başçısı vəzifəsinə namizədlər siyahısına 40-dan çox adam daxil edilib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş