Fransa klubunun baş məşqçisi koronavirusa yoluxub

İdman

30.11.2021 - 23:32

Həkimlər Klinikalar SEO Xidməti

Onların həyatı üçün hər hansı təhlükə yoxdur

Fransanın "Reyms" klubunun baş məşqçisi Oskar Qarsiya koronavirusa yoluxub.

AYNA Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə yanaşı, köməkçisi Ruben Martinesdə də infeksiya aşkarlanıb.

Hər iki şəxs təcrid olunub. Bildirilib ki, onların həyatı üçün hər hansı təhlükə yoxdur. Komandanın digər üzvlərindən götürülmüş analiz nümunələri isə mənfi çıxıb.

Qeyd edək ki, "Reyms" klubu hazırda 16 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş