"Fransa ilə münasibətlər ən aşağı nöqtədədir" - Ceyhun Bayramov

Siyasət

27.01.2024 - 12:56

Nazir jurnalistlərə açıqlamasında Fransa ilə münasibətlərdən danışıb

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransa ilə münasibətlərin ən aşağı nöqtədə olduğunu bildirib".

AYNA-nın məlumatına görə, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib, mövcud durumun səbəbkarı Fransa olub.

O qeyd edib ki, Azərbaycana qarşı sistemli qərəzin arxasında duran bir nömrəli ölkə məhz Fransadır: "Azərbaycan özünə qarşı belə addımları cavabsız qoyacaq ölkə deyil".

Müəllif: Ayna.az