Fitosanitar monitorinqlər keçirilib

Xəbərlər

13.05.2022 - 16:14

Park, meyvə bağları və istixana təsərrüfatlarında fitosanitar müşahidələr aparılıb

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AYNA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə park, meyvə bağları və istixana təsərrüfatlarında fitosanitar müşahidələr aparılıb.

Xaçmaz şəhərində ümumi sahəsi 5 hektar olan Çənlibel parkının ərazisində keçirilən monitorinq zamanı dekorativ ağac, kol və gül bitkilərinin mövcud vəziyyəti qiymətləndirilib, bitki və bitkiçilik məhsullarına ziyan verən zərərli orqanizmlərlə zəif sirayətlənmə müşahidə edilib. Aşkar olunmuş hallarla əlaqədar müvafiq aqrokimyəvi və aqrotexniki tədbirlərlə bağlı zəruri işlər görülüb.

Xaçmaz rayonunun Qobuqırağı kəndində Əliyev Şahin Pirəli oğluna məxsus pomidor istixanasında monitorinq keçirilib. Baxış zamanı istixanadakı bitkilərdə pomidor lağımlayıcı güvəsinin izlərinə rast gəlinib və zəif sirayətlənmə diaqnozu qoyulub. İstixana rəhbərliyinə mütəmadi olaraq aqrokimyəvi və aqrotexniki tədbirlərin keçirilməsi, zərərverici ilə sirayətlənmə hallarının minimuma endirilməsi haqqında müvafiq məlumatlar verilib.

Xaçmaz rayonunun Armudpadar kəndində Pənahov Rasim Rafiq oğluna məxsus, ümumi sahəsi 0,75 hektar meyvə bağında keçirilən monitorinq zamanı fitosanitar bitki və bitkiçilik məhsullarına ziyan verən zərərli orqanizmlərlə sirayətlənmə aşkar edilməyib.

Müəllif: Ayna.az