Burun peyvəndinin koronavirusa qarşı güclü immun müdafiəsi təmin edəcəyi, virusun təkrarlanmasının qarşısını alacağı gözlənilir
Finlandiyanın “Rokote Laboratories Finland” şirkəti koronavirus peyvəndinin insanlar üzərində sınaqlarına başlayıb. Şirkət burun peyvəndinin ilk klinik sınaqlarını keçirmək üçün Finlandiya hakimiyyət orqanlarından icazə alıb.
AYNA “Yle”yə istinadən xəbər verir ki, sın Kuopio Universiteti Xəstəxanasında aparılır.
Şirkətin burun peyvəndinin koronavirusa qarşı güclü immun müdafiəsi təmin edəcəyi, virusun təkrarlanmasının qarşısını alacağı gözlənilir.
Tədqiqat peyvəndin uyğun dozasını təyin edəcək və həmçinin burun peyvəndinin sprey və ya damcı vasitəsilə ən yaxşı şəkildə tətbiq olunduğunu yoxlayacaq.
Peyvənd 18 yaşdan 75 yaşa qədər sağlam könüllülərə vurulacaq. Tədqiqat təxminən dörd ay davam edəcək.