Finlandiya Parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqləyib

Dünya

01.07.2024 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Parlament ABŞ-a 15 hərbi obyektə giriş imkanı verən sazişi təsdiqləyib

Finlandiya Parlamenti ABŞ ilə imzalanmış müdafiə sazişini yekdilliklə təsdiqləyərək, Vaşinqtona ölkədəki 15 hərbi obyektə giriş imkanı verib. AYNA xəbər verir ki, bu barədə Finlandiya mediası məlumat yayıb.

Bildirilib ki, 18 dekabr 2023-cü ildə ABŞ və Finlandiya NATO-nun effektivliyini gücləndirmək üçün müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Amerikanın dövlət katibi Antoni Blinken və Finlandiyanın müdafiə naziri Antti Hakkänenin imzaladığı müqavilənin qüvvəyə minməsi üçün Finlandiya Parlamentinin üçdə ikisinin təsdiqi tələb olunurdu.

Finlandiya Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, müqavilədə Amerika hərbçilərinin istifadə edə biləcəyi 15 ərazi göstərilib, lakin ölkədə ABŞ-ın daimi hərbi bazalarının yaradılmasından söhbət getmir.

Müəllif: Ayna.az

Marqara

Dünən, 22:18 Xəbərlər