Finlandiya Baltik dənizində raket gəmisi yerləşdirəcək

Dünya

23.01.2025 - 08:12

Həkimlər Klinikalar SEO Xidməti

“Dəniz Qüvvələri tezliklə NATO-nun ilk daimi dəniz qrupuna “Hamina” sinifli raket gəmisi yerləşdirəcək”

Finlandiya Baltik dənizində sualtı infrastrukturun mühafizəsi üçün NATO-nun “Baltic Sentry” missiyasında “Hamina” sinfinə aid raket gəmisi yerləşdirəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Finlandiya Hərbi Dəniz Qüvvələri Komandanlığı məlumat yayıb.

“Dəniz Qüvvələri tezliklə NATO-nun ilk daimi dəniz qrupuna “Hamina” sinifli raket gəmisi yerləşdirəcək”, - deyə məlumatda bildirilib.

Daha əvvəl Finlandiya hüquq-mühafizə orqanları Kuk adaları bayrağı altında üzən “Eagle S” neft tankerini “EstLink 2” sualtı kabelinə ziyan vurmaqda şübhəli bilərək saxlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş