Fin körfəzində müvəqqəti məhdudiyyətlər tətbiq olunub

Dünya

18.10.2026 - 20:02

“Bu tədbir Ukraynanın Rusiya bölgələrinə hücumları ilə bağlıdır”

Finlandiya Müdafiə Qüvvələri bazar günü gecəsi Finlandiya körfəzinin şərqində hava və dəniz nəqliyyatına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Finlandiya Müdafiə Nazirliyindən verilən məlumata görə, "Finlandiya Müdafiə Qüvvələri bazar günü səhər tezdən Finlandiya körfəzinin şərqində hava və dəniz nəqliyyatı üçün müvəqqəti məhdudlaşdırılmış zona tətbiq edib".

Bildirilib ki, “bu tədbir Ukraynanın Rusiya bölgələrinə hücumları ilə bağlıdır”.

Oxşar tədbirlər cümə və şənbə günləri də görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş