Filippində avtobus kanala düşüb, ölənlər və xeyli sayda yaralı var

Dünya

20.04.2025 - 19:05

Həkimlər Klinikalar SEO Xidməti

Filippinin Marinduk əyalətində ictimai nəqliyyat növü olan "cipni"nin yol kənarındakı kanala düşməsi nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

AYNA.AZ “Xinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilir ki, içərisində 26 nəfərin olduğu "cipni" çay kənarındakı ailəvi istirahət məkanına gedirmiş. İlkin məlumata görə, avtomobilin əyləcləri sıradan çıxıb və o, kanala düşməzdən əvvəl yüksək sürətlə beton maneəyə çırpılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş