Fiko Kallasın xəbərdarlığına məhəl qoymadı: “Mayın 9-da Moskvaya gedirəm”

Dünya

16.04.2025 - 08:48

Həkimlər Klinikalar SEO Xidməti

"Xanım Kallasın xəbərdarlığı və hədəsi hörmətsizlikdir və mən buna etiraz edirəm"

Slovakiyanın Baş naziri Robert Fiko öz “Facebook” səhifəsində Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaja Kallasın xəbərdarlığına baxmayaraq, Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün mayın 9-da Moskvaya gedəcəyini açıqlayıb.

"Xanım Kallasın xəbərdarlığı və hədəsi hörmətsizlikdir və mən buna etiraz edirəm", - AYNA.AZ xəbər verir ki, Fiko yazıb.

“Mayın 9-da Moskvaya gedirəm. Kallasın xəbərdarlığı şantajdır. Yoxsa Moskvadan qayıdandan sonra cəzalandırılacam? Bunu bilmirəm, amma bilirəm ki, indi 1939-cu il deyil, 2025-ci ildir”, - Baş nazir qeyd edib.

Fikonun fikrincə, Kallasın bəyanatı Avropa İttifaqında demokratiyanın mahiyyəti ilə bağlı debatın aparılmasının zəruriliyinin təsdiqidir. Baş nazir Aİ-nin Rumıniya və Fransada keçirilən prezident seçkilərinə, Qərbin Gürcüstan və Serbiyada təşkil etdiyi “Maydan”lara yanaşmasını tənqid edib.

"Xanım Kallas, sizə bildirmək istərdim ki, mən suveren dövlət olan Slovakiyanın qanuni Baş naziriyəm. Heç kim mənə hara gedə biləcəyimi və ya nə edə bilməyəcəyimi deyə bilməz. Mən Moskvaya ehtiramımı bildirmək və Slovakiyanın azad edilməsində həlak olmuş minlərlə əsgərin xatirəsini ehtiramla yad etmək üçün gedəcəyəm”, - deyə Fiko fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş