Bəzi ərazilərdə yanğının lokallaşdırıldığı bildirilib
Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
AYNA xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, bəzi ərazilərdə yanğın lokallaşdırılıb.
Hazırda yanğınsöndürmə işləri aparılır.