Subasmaya məruz qalmış ərazilərdə təhlükəsizlik tədbirləri davam etdirilir
İntensiv yağışlarla əlaqədar Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir. AYNA xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, nazirliyin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq həyata keçirilir. “Hazırda əməliyyat davam etdirilir”.