FHN: "40 peşəkar xilasedicidən ibarət qrup iki helikopterlə İranda axtarışlara hazırdır"

Xəbərlər

20.05.2024 - 02:41

Həkimlər Klinikalar SEO Xidməti

FHN məlumat yayıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.

AYNA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

"Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun iki ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb", - deyə nazirlikdən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş