Fequli "Qalatasaray"dan ayrılacaq

İdman

18.05.2022 - 07:34

cedabet dərman SEO Xidməti

Oyunçu bununla bağlı instaqram səhifəsində paylaşım edib

Bu mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq ilk futbolçu bəlli olub. AYNA xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Sofyan Fequli İstanbul təmsilçisini ilə vidalaşacağını açıqlayıb.

Oyunçu bununla bağlı instaqram səhifəsində paylaşım edib. O, "Cim-Bom"da keçirdiyi 5 mövsümə görə klub rəhbərliyinə, futbolçulara və məşqçilər heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Sofyan Fequli "Qalatasaray"a 2017-ci ilin yayında İngiltərənin "Vest Hem" klubundan transfer olunmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş