"Sarı-lacivərdlilər" "Sivasspor"u 3:1 hesabı ilə məğlub etməyi bacarıb
Türkiyə Super Liqasında XXXI turun görüşləri davam edir. AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, günün ilk matçında autsayder "Hatayspor" səfərdə "Qaziantepspor"la qarşılaşıb.
Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi matçında "Fənərbaxça" səfərdə "Sivasspor"la qarşılaşıb. "Sarı-lacivərdlilər" rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.