"Facebook" Rusiyada bloklanıb

Dünya

04.03.2022 - 23:48

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyada "Facebook"la bağlı qərar verilib

"Roskomnadzor" Rusiya mediasına girişin məhdudlaşdırılmasına cavab olaraq “Facebook”u Rusiyada bloklamaq qərarına gəlib.

AYNA-nın xəbərinə görə, bu barədə Roskomnadzorun saytında xəbər yayılıb.

Məlumata görə, 2020-ci ilin oktyabr ayından indiyə qədər sosial şəbəkə tərəfindən Rusiya mediasına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

“Son günlər “Facebook”da “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resurslarının hesablarına girişi məhdudlaşdırılıb”, - deyə məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş