Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatət icraata götürülüb

Xəbərlər

16.04.2025 - 16:13

Həkimlər Klinikalar SEO Xidməti

Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə müraciət edilib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, vəsatət Nizami rayon Məhkəməsində icraata götürülüb.

Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş