Estoniya Rusiya üçün Baltik dənizi bağlanmasını təklif edib

Dünya

04.05.2024 - 10:50

Estoniya Polşa, İsveç və Finlandiya ilə bu istiqamətdə birgə fəaliyyətin tərəfdarıdır

Estoniya Rusiya üçün Baltik dənizinin bağlanmasını təklif edib. Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Herem müvafiq təşəbbüslə çıxış edərək qeyd edib ki, ölkə Polşa, İsveç və Finlandiya ilə bu istiqamətdə birgə fəaliyyətin tərəfdarıdır. AYNA xəbər verir ki, generalın bəyanatı Müdafiə Qüvvələrinin illik jurnalında yer alıb.

Hərbi liderin sözlərinə görə, Estoniyanın bu məqsədə çatmaq üçün imkanları var: “Hazırda Hərbi Dəniz Qüvvələrinin arsenalında həm dəniz minaları, həm də gəmi əleyhinə raketlər var”.

General qeyd edib ki, Rusiya həm hakimiyyətin ritorikasında, həm də cəmiyyətdə aqressivdir və hərbi potensialını, hərbi istehsalını artırmağa hazırlaşır.

“Baltikyanı blokdan sonra təcavüzkarın dənizdə dəniz və hava hücumundan müdafiə sistemini yerləşdirməsi tamamilə çətin olur. Bu da öz növbəsində müttəfiqlərdən bizə hava və dəniz dəstəyi verməyə imkan yaradır”, - Herem bildirib.

Keçən ilin oktyabrında Latviya Prezidenti Edqars Rinkeviç bildirmişdi ki, Moskvanın İsveçlə Estoniya arasında “Balticconnector” qaz kəmərinə və telekommunikasiya kabelinə ziyan vurmasında iştirakı təsdiqlənərsə, Rusiya gəmilərinin Baltik dənizindən keçməsi əngəllənə bilər. Onun sözlərinə görə, bu məsələ NATO-ya üzv olan iki ölkənin - Finlandiya və Estoniyanın hakimiyyət orqanları ilə müzakirə olunub. O zaman Baltik dənizində patrulların gücləndirilməsi qərara alındı.

Müəllif: Ayna.az