Estoniya lideri Trampdan Ukrayna ilə bağlı xahiş edib

Dünya

27.04.2025 - 10:56

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ prezidenti Donald Tramp estoniyalı həmkarı Alar Karisi əmin edib ki, Vaşinqton Kiyev və Moskva arasında danışıqlar prosesindən geri çəkilməyəcək.

AYNA.AZ xəbər verir ki, bu barədə “RBC-Ukrayna” ERR-ə istinadən məlumat yayıb.

A.Karis bildirib ki, o, Trampdan sülh prosesinin necə getdiyini soruşub və ondan ABŞ-nin Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçi kimi qalması üçün əlindən gələni etməsini istəyib.

“Mən sülh prosesinin necə getdiyini soruşdum və ondan prosesin davam etməsi, ABŞ-nin (vasitəçi rolundan – red.) geri çəkilməməsi üçün hər şeyi etməsini xahiş etdim”, - Estoniya prezidenti bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş