"Mənə Sofiya deyirsiniz, amma artıq qarşınızda Məryəm var"
2016-cı ildə Malidə “Uşaqlara yardım” təşkilatının qaçırılan fransız fəalı Sofiya Petronin 4 ildən sonra azad edilib. AYNA xəbər verir ki, radikal qruplaşma tərəfindən ələ keçirilən Petronin azad edildikdən sonra müsəlman olduğunu və adını Məryəm olaraq dəyişdirdiyini elan edib.
“Bu gün mənim ən böyük xoşbəxtliyim köməkçimin yoxluğumda vəzifəmi davam etdirməsidir. Maliyə dua edəcəm, müsəlman olduğum üçün Allahdan mərhəmət diləyəcəyəm. Mənə Sofiya deyirsiniz, amma artıq qarşınızda Məryəm var”, - deyə fransalı fəal ilk açıqlamasına bildirib.
O, eyni zamanda qaçırıldığı bölgəyə yenidən qayıtmaq istədiyini də dilə gətirib.
Fransa Prezidenti Emmanuel Makron isə qadının azad edilməsini uğur əldə etmələri kimi xarakterizə edib. Makron, həmçinin Maliyə təşəkkür edərək terrorla mübarizənin davam edəcəyini vurğulayıb.