Ermənistanda nazir saxlanılıb

Dünya

31.03.2022 - 01:40

Həkimlər Klinikalar SEO Xidməti

Bir gün əvvəl Piloyan dindirilmək üçün çağırılmışdı

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan saxlanılıb. AYNA "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Daha əvvəl Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti belə bir məlumata malik olmadığını bildirib.

Bir gün əvvəl Piloyan cinayət işi üzrə istintaq çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilmək üçün çağırılıb.

O,nazirlikdə işə qəbul zamanı korrupsiya sövdələşmələrinə görə ittiham olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş