Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılıb

Dünya

13.07.2020 - 13:11

Düşmən ölkədə daha bir ay fövqəladə rejim hökm sürəcək

 

Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb. Bu barədə AYNA düşmən ölkə mətbuatına istinadən bildirir.

 

Qərar bu gün Ermənistan hökumətinin keçirdiyi fövqəladə toplantıda verilib. Hökumətin qərarı ilə koronavirusla əlaqədar fövqəladə rejim avqustun 13-dək uzadılıb.

 

Xatırladaq ki, Ermənistanda fövqəladə vəziyyət bu ilin 16 mart tarixindən etibarən tətbiq edilir.

Müəllif: Ayna.az