Kostanyan: "İstehkamçılar və kinoloqlar ərazidə iş aparır"
Ermənistanın Şirak hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyulması barədə məlumat yayılıb.
AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.
Kostanyan qeyd edib ki, sərnişinlərlə işçilər hava limanından və dəmiryol vağzalından təxliyə edilib, istehkamçılar və kinoloqlar ərazidə iş aparır.
Qeyd olunub ki, bu gün və sabah Şirak hava limanında uçuş və eniş nəzərdə tutulmayıb.