Ermənistanda Avropaya inteqrasiya ilə bağlı qanun təsdiqlənib

Dünya

09.01.2025 - 14:29

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistan hökuməti “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinə başlamaq haqqında” qanun layihəsini təsdiqləyib

Ermənistan hökuməti “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinə başlamaq haqqında” qanun layihəsini təsdiqləyib. AYNA erməni mediasına istinadən bildirir ki, bununla bağlı xarici işlər naziri Ararat Mirzoyan hökumətin bugünkü iclasında deyib.

Nazirin sözlərinə görə, Baş nazir Nikol Paşinyan Avropa Parlamentində bəyan edib ki, Ermənistan Avropa İttifaqının mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxınlaşmağa hazırdır.

“Biz bunun mümkün olduğuna dair əlamətləri də gördük. Mən vizanın liberallaşdırılması prosesinin və Avropa İttifaqı ilə istifadə olunan və ya müzakirə olunan bir sıra digər alətlərin başlanğıcını nəzərdə tuturam”, - deyə XİN başçısı vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş