bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib
Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.