Ermənistan zərbə PUA-sı tətbiq edib, daha iki hərbçimiz yaralanıb

Xəbərlər

01.09.2023 - 10:58

cedabet dərman SEO Xidməti

Nazirlik: "Bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür"

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş