Ermənistan, Yunanıstan və Cənubi Kipr hərbi əməkdaşlıq proqramı imzalayıb

Dünya

06.07.2023 - 11:36

cedabet dərman SEO Xidməti

Ölkələr bir sıra təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər

Ermənistan, Yunanıstan və Cənubi Kiprin Müdafiə nazirliklərinin nümayəndələri məsləhətləşmələrdən sonra üçtərəfli hərbi əməkdaşlıq proqramını imzalayıblar. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələr iyulun 5-də Kiprdə baş tutub. Görüş iştirakçıları bir sıra təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.

Üçtərəfli hərbi əməkdaşlıq proqramına Ermənistan, Yunanıstan və Cənubi Kiprdə bir sıra tədbirlər daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş