Ermənistan yenidən qarışdı: Xalq küçələrə axışıb – <font color=red> VİDEO</font>

Dünya

14.06.2020 - 15:57

Etirazçılar “Nikol, get”, “Çarukyan Baş Nazirdir” şüarları səsləndiriblər

 

Ermənistanda küçə aksiyaları başlayıb. AYNA düşmən ölkə mətbuatına istinadən xəbər verir ki, ölkənin xüsusi xidmət orqanları Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyanın evini mühasirəyə alıb.

 

Partiyanın İrəvandakı ofislərində isə yoxlamalar başlayıb. Buna cavab olaraq çoxlu sayda insan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyasına başlayıb.

 

Erməni mediası bildirir ki, Çarukyanın tərəfdarları olan etirazçılar Baş Nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Əraziyə polis qüvvələri yeridilib. Polis etirazçıların qarşısını kəsib və onları binaya daxil olmağa imkan verməyib. Etirazçılar “Nikol, get”, “Çarukyan Baş Nazirdir” şüarları səsləndiriblər.

 

Polis KİV mənsublarına qarşı da təzyiqlər göstərir. Jurnalistlər aksiya iştirakçılarının toplaşdığı əraziyə buraxılmayıblar. Çiçəklənən Ermənistan Partiyasından olan deputatlara qarşı da eyni münasibət sərgilənib.

 

Çiçəklənən Ermənistan Partiyasından deputat Arman Abovyan bunun sırf siyasi təqib olduğunu bildirib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti Çarukyanın evində axtarış aparır. Deputat deyib ki, onlarda olan məlumata görə, axtarış 2017-ci il seçkilərində Martunidən namizədliyini irəli sürmüş bir nəfərdə olan sənədlə bağlıdır.

Müəllif: Ayna.az