Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb
Ermənistan Rusiyaya nota verib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfir Sergey Kopırkinə televiziya şousuna görə etiraz notası təqdim edilib.
“2025-ci il yanvarın 12-də Rusiya Federasiyasının Ümumrusiya Dövlət Televiziya kanalında Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə süni şəkildə yaradılmış süjetlərin səsləndirildiyi “Vesti Nedeli” verilişi ilə əlaqədar yanvarın 15-də səfir S.P.Kopırkin Ermənistan Respublikasında Ermənistanın Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfirə müvafiq etiraz notası təqdim olunub”, - deyə məlumatda vurğulanıb.