İclasda 20 dəqiqəlik fasilə yaranıb
Ermənistan parlamentində hakim və müxalif partiyanın deputatları arasında dava düşüb.
AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, hadisə parlamentin bu gün keçirilən iclasında baş verib.
Belə ki, parlamentin spikeri Alen Simonyan müxalif “Hayastan” fraksiyasında daxili çəkişmənin olduğunu və fraksiyanın digər üzvlərinin Daşnaksütyun mövqeyinə “əsir düşdüyünü” deyib.
Bunun ardınca deputatlar arasında gərginlik yaranıb və dava düşüb.
Nəticədə A.Simonyan təhlükəsizlik qüvvələrini iclas zalına çağırmalı olub və daha sonra 20 dəqiqəlik fasilə elan edib.