Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən getdi

Xəbərlər

21.07.2021 - 17:29

Paşinyan Saakyanın yerinə Karapetyanı təyin edib

 

Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan vəzifəsindən azad edilib. AYNA erməni mediasına istinadən bildirir ki, Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Saakyanın azad edilməsi barədə fərman imzalayıb.

 

Paşinyanın digər qərarı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyan müdafiə nazirinin birinci müavini təyin edilib.

 

Karapetyan eyni zamanda, istefa verən Vaqarşak Arutyunyanın yerinə müdafiə naziri vəzifəsini icra edəcək.

Müəllif: Ayna.az