İrəvan danışıqların təşkili ilə bağlı Minsk Qrupunun həmsədrliyinə müraciət edib
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının təqdim etdiyi sülh təkliflərinə cavab verib. AYNA xəbər verir ki, bu barədə Ermənistan XİN-in bəyanatında qeyd edilib.
Bildirilib ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün öncə Bakının İrəvana beş bəndlik yeni təkliflər paketi təqdim etdiyini və cavab gözlədiyini bildirib.