Separatçılar bu əməli Rusiya sülhməramlılarının müşayiəti ilə həyata keçirirlər
Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır. AYNA Ordu.az-a istinadən xəbər verir ki, onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Görüntülərdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur.
Qeyd edək ki, bundan əvvəl də analoji hallar yaşanıb.