Erməni müxalifəti İrəvan küçələrində: etiraz yürüşü başlayıb

Dünya

06.05.2022 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

Polis yürüşü müşayiət etsə də, etirazçılara mane olmur

İrəvanda bir qrup etirazçı Fransa meydanından Qələbə parkına doğru yürüşə başlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, yürüşün sonrakı marşrutu barədə məlumat verilməyib.

Medianın yazdığına görə, yürüşdə minə yaxın insan iştirak edir. Polis yürüşü müşayiət etsə də, etirazçılara mane olmur.

Bir müddət öncə parlamentin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan etirazçıların cümə günü dörd böyük qrupla itaətsizlik nümayişi keçirərək paytaxtı iflic vəziyyətinə salmağa hazırlaşdığını bildirmişdi.

Qeyd edək ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkilatçılığı ilə etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş