Erməni deputatlar Türkiyəyə səfər ediblər

Dünya

21.06.2022 - 13:23

Həkimlər Klinikalar SEO Xidməti

Hakopyan və Vardanyan İstanbulda keçirilən Qlobal Parlament Konfransına qatılıblar

Ermənistan Parlamentinin deputatları Türkiyənin İstanbul şəhərinə səfər ediblər. AYNA erməni mediasına istənadən bildirir ki, spiker Alen Simonyan deputatlardan ibarət nümayəndə heyətinin İstanbula getməsi ilə bağlı sərəncam imzalayıb.

Deputatlar İstanbulda keçirilən Qlobal Parlament Konfransına qatılıblar.

Nümayəndə heyətinin tərkibində hakim “Mülki müqavilə” fraksiyasının deputatları Hasmik Hakopyan və Tsovinar Vardanyan təmsil olunurlar.

Xatırladaq ki, bu, Ermənistan Parlamentinin Türkiyəyə gedən ilk nümayəndə heyətidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş